6 Fevral 2019 18:58
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun 29 üzv ölkəsindən olan nümayəndələri Şimali Makedoniyanın alyansa üzv olmasına dair protokol imzalayıb.

Teleqraf.com xəbər verir ki, bunu Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O qeyd edib ki, protokolun imzalanması ratifikasiya prosesinin başlanması deməkdir: “Ümid edirəm ki, bu proses tez bir zamanda həyata keçiriləcək və biz tezliklə 30-cü üzvü salamlayacağıq”.

Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov protokolun imzalanmasını “etibarlılıq xəttindən keçmək” adlandırıb.

Qeyd edək ki, ötən ilin iyununda Makedoniya və Yunanıstan ölkənin adına dair müqavilə imzalayıb. Müqavilə Makedoniyanın Avropa İttifaqı və NATO-ya üzvlüyünün yolunu açmalı idi. Müqaviləyə əsasən ölkə Şimali Makedoniya adlandırılmalıdır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər