PKK terror təşkilatının önəmli fiqurlarından olan Musa Aşoğlu Almaniyada həbs edilərək 6 il 9 ay azadlıqdan məhrum olunub.
Teleqraf.com xəbər verir ki, Türkiyədə axtarışda olan və adı "qırmızı siyahı"da yer alan terrorçu 2016-cı ildə Berlində saxlanılıb. O, terror təşkilatına üzv olmaq, təşkilatı yönəltmək və "haqq yığmaq"da ittiham olunub.
Prokuror məhkəmədə Aşoğlunun 7,5 il azadlıqdan məhrum edilməsini istəyib.
Aşoğlu Hollandiya vətəndaşıdır.