ABŞ prezidenti Donald Trampın cari ilin dekabrında Böyük Britaniyaya səfəri gözlənilir.
Teleqraf.com xəbər verir ki, Tramp NATO-nun yaranmasının 70-ci ildönümü münasibətilə Londonda keçiriləcək tədbirə qatılacaq.
NATO-nun baş katibi Jens Stoltenberq yubiley tədbirində müttəfiqlərlə bir sıra vacib məsələləri müzakirə edəcəklərini söyləyib.
Baş nazir Tereza Mey deyib: “Böyük Britaniya NATO-nun qurucu üzvlərindən biridir və mən çox şadam ki, baş katib yubileyi qeyd etmək üçün liderlərin toplantısını bizim ölkədə keçirmək istəyib”.