ABŞ-ın paytaxtında Central Vaşinqton Universitetinə silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, universitetdə şəxsiyyəti bəlli olmayan şəxs atəş açıb.
Məlumata görə, universitetin həyətində daha bir şəxsin silahlı olduğu ehtimal olunur.
Hadisə yerinə çoxlu sayda polis qrupları göndərilib. Universitet demək olar ki, boşaldılıb. Hazırda polis universitetin binalarında axtarış həyata keçirir.