İsrailin daxili kəşfiyyat xidməti Şabak və xarici kəşfiyyat qurumu Mossad-ın həyata keçirdiyi əməliyyatlara aid sənədlərin məxfilik müddəti daha 20 il uzadılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahu qərar imzalayıb.
İsrail mediası qeyd edir ki, baş nazir yanvar ayında “daha diqqətli olmağı vacib sayan təhlükəsizlik səbəbləri”ni əsas gətirərək 1949-cu ildən bu yana məxfi saxlanılan sənədlərin daha 20 il məxfi saxlanmasını vacib hesab edib.
Məlumata görə, sözügedən sənədlərdə Həmas lideri Mahmud əl-Məbhuhun 2010-cu ildə Mossad tərəfindən Dubayda öldürülməsi haqda qeydlərdə var.
Qeyd edək ki, 2018-ci ildə İsrail parlamenti sözügedən məxfi sənədlərin dövlət sirri sayılması ilə əlaqədar ictimaiyyətə açıqlanmasının daha 5 il müddətinə uzadılması haqda tövsiyə qərarı verib.
Bununla İsrail məxfi xidmətinin 1948-ci ildən bu yana fələstinlilər əleyhinə həyata keçirdiyi əməliyyat və qətllərlə bağlı informasiyaların işıq üzü görməsi əngəllənib.