7 Fevral 2019 10:32
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç dövlətə xəyanətdə ittiham edilib və barəsində 13 il həbs cəzası çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Kiyevin Obolon bölgə məhkəməsi sabiq prezident haqqında son qərarını elan edib.

Viktor Yanukoviç dövlətə xəyanət və Ukraynaya qarşı hücumlara dəstək verməkdə günahkar sayılıb, barəsində 13 il müddətinə həbs cəzası çıxarılıb.

Qeyd edək ki, Ukraynada baş verən Maydan hərəkatından sonra Viktor Yanukoviç Rusiyaya qaçıb.


Müəllif: Cavad

Oxşar xəbərlər