Hərbi ekspert, ehtiyatda olan zabit Albert Baqdasaryan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Səfərbərlik İdarəsinin rəisi təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin saytı məlumat yayıb.
Müvafiq fərman Ermənistan Prezidenti Armen Sərkisyan tərəfindən imzalanıb və Baş nazir Nikol Paşinyanın təklifi əsasında qəbul edilib.
Qeyd edək ki, Albert Baqdasaryan qatı anti-Rusiya mövqeyi ilə seçilən mütəxəssisdir.
O, bir müddət əvvəl “Putin imperiyası” adlandırdığı Rusiyanın çökəcəyini, Azərbaycanın Dağlıq Qarabağı azad edəcəyini bildirmişdi.