7 Fevral 2019 14:46
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanda heç kəs ölkənin NATO-ya üzv olacağına inanmır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Xomeriki deyib.

Ekspertə görə, NATO-nun Gürcüstana verdiyi vədlərin heç biri bu ölkəyə xeyir gətirməyəcək:

“Ölkənin bütün rəsmiləri NATO-nun Gürcüstanda möhkəmlənə bilməyəcəyini başa düşməyə başlayıblar. Amma bu, böyük bir oyundur. Bir yandan NATO Tiflisi, digər yandan isə Tiflis öz xalqını yalan vədlərlə aldadır.

Son anket-sorğularda iştirak edənlərin 70 faizi NATO-ya üzvlüyü dəstəkləsə də, bir gün bu alyansa qoşulacaqlarına inanmırlar. Bunların hamısı blefdir. NATO heç vaxt Gürcüstanı dəstəkləməyib. Bu, özünü 2008-ci ildə Rusiya ilə müharibədə də açıq göstərdi”.

Vladimir Xomeriki hesab edir ki, Gürcüstan ətrafında gedən oyunun əsas iştirakçılarından biri ABŞ-dır:

“Bu, NATO ilə yanaşı, həm də ABŞ-ın özünün siyasi oyunudur. SSRİ dağıldıqdan sonra Gürcüstana vədlər verməyə başladılar, amma indiyədək bunların heç birini yerinə yetirməyiblər. İndiki şərtlər də Gürcüstanın NATO-ya üzvlüyü üçün əlverişli deyil.

Bu ittifaqa üzv olan ölkənin ərazi bütövlüyü olmalıdır, qonşu dövlətlərlə münaqişədə olmamalıdır. Amma bunların heç biri Gürcüstanda yoxdur. 2008-ci il müharibəsindən sonra Cənubi Osetiya və Abxaziyanı itirən Gürcüstanın sərhədləri qeyri-müəyyən vəziyyətdə qalır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər