İstanbulun Bağcılar bölgəsinin Fatih məhəlləsində yerləşən beşmərtəbəli binanın girişindəki elektrik panelində partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 15 uşaq olmaqla 21 nəfər dumandan zəhərlənib.
Partlayışdan sonra qısa müddətdə binanı tüstü bürüyüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. Zərərçəkənlər bölgədəki xəstəxanalara çatdırılıblar.
Bina sakinləri təxliyə olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.