8 Fevral 2019 11:40
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Xüsusi İstintaq Təcridxanasında dindirilən Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan sələfi Robert Köçəryanın əleyhinə ifadə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Sərkisyan ifadəsində 2008-ci il martın 1-də İrəvanda keçirilmiş aksiyada iştirak edənlərə qarşı odlu silahlardan atəş açmaq əmrinin dönəmin dövlət başçısı Köçəryan tərəfindən verildiyini təsdiq edib.

Sərkisyanın vəkili Aram Makinyan isə KİV-də yayılmış məlumatları təkzib edib.

O, bu məlumatı şayiə və şər adlandırıb. Lakin Makinyan Serj Sərkisyanın Xüsusi İstintaq Təcridxanasında ifadə verdiyini təsdiq edib:

“Təəssüf ki, Sərkisyanın ifadəsini tamamilə açıqlaya bilmirəm. Amma onu deyə bilərəm ki, Serj Sərkisyan Robert Köçəryanın əleyhinə şahidlik etməyib”.

Qeyd edək ki, Robet Köçəryan 2008-ci il martın 1-də İrəvanda baş vermiş qanlı hadisələrin təşkil edilməsi ittihamı ilə həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər