İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində naməlum şəxslərin polis avtomobilinə silahlı hücumunda 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, polis avtomobili 3 müttəhimi Səravan şəhərinə apararkən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Silahlı şəxslərdən 2 nəfəri qarşıdurmada həlak olub. 1 polis isə yaralanıb.
Öldürülən hücumçulardan qalan 2 “Kalaşnikov” avtomatı və silah-sursat müsadirə edilib.
Faktla bağlı araşdırma aparılır.