8 Fevral 2019 15:19
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şirkətləri Almaniyada təşkil olunan “Fruit Logistica 2019” beynəlxalq meyvə-tərəvəz sərgisində iştirak edir.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.

Fevralın 6-da Berlində növbəti “Fruit Logistica” beynəlxalq meyvə-tərəvəz sərgisi öz işinə başlayıb. 90-dan artıq ölkədən təxminən 3200 eksponentin iştirak etdiyi sərgidə Azərbaycan milli stendi ilə təmsil olunur. Kənd təsərrüfatı sahəsində 14 özəl şirkətimizin məhsulları nümayiş etdirilir.

Sərgidəki milli stendimizə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da baş çəkib.


Müəllif: Səxavət

Oxşar xəbərlər