9 Fevral 2019 00:56
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya qanunvericiləri parlamentin kompüter şəbəkəsinə kiberhücumdan sonra parollarını dəyişmək məcburiyyətində qalıblar.

Teleqraf.com xəbər verir ki, hücum nəticəsində hər hansı informasiyanın oğurlandığı hələlik məlum deyil. Parlamentin hər iki palatasının spikerlərinin məsələ ilə bağlı yaydığı birgə bəyanatda deyilir: “Biz hələlik parlament, elektorat və ya siyasi proseslərlə bağlı müdaxiləyə cəhd barədə dəlillərə malik deyilik”.

Avstraliyanın Baş naziri Skott Morrison isə bəyan edib ki, hökumət müəssisələri hakerlərin hücumuna məruz qalmayıb. Mənbələrin bildirdiyinə görə, hakerlərin hücumu “mürəkkəb xarakterli” olub. Telekanal qeyd edib ki, hazırda səlahiyyətli orqanlar hücumun xarici dövlətlər, xüsusən də Çin tərəfindən törədilməsi ehtimalını aydınlaşdırır.
/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər