9 Fevral 2019 07:43
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda 2018-ci ildə yanacaq və enerji sektorunun fəaliyyəti rekord səviyyəyə çatıb.

Teleqraf.com-un məlumatına görə, energetika naziri Kanat Bozumbayev bildirib ki, neft istehsalı ölkəmizin tarixində görünməyən həddə çataraq 90 milyon 360 min ton olub. Bu da 2017-ci illə müqayisədə 4,8 faiz çoxdur.

O deyib ki, bu rəqəm “Kaşaqan” (13,2 milyon ton), “Tengiz” (28,6 milyon ton) və “Karaçaqanak” (12,2 milyon ton) yataqlarından hasil olunan neftin artması ilə əlaqədardır.

Nazir bu il 89 milyon ton neftin hasil edilməsinin planlaşdırıldığını vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər