Fransada müşahidə olunan güclü aksiyaların təşkilatçıları kimi ad çıxaran “sarı jiletlilər” ABŞ-ın sabiq prezidenti Barak Obama ilə görüş tələb edir.
Teleqraf.com xəbər verir ki, “sarı jiletlilər”in arasında Fransanın tanınmış nümayəndəsi Paul Valette də təmsil olunur.
Məlumata görə, “sarı jiletlilər” Obamanın Parisdəki dərnəyinin vasitəsi ilə ona məktub göndərərək görüşmək niyyətlərini açıqlayıb.
Məktubda Obamanın dünya və Avropa məsələlərinə yanaşma tərzinin ədalətli olduğu ifadə edilir.