10 Fevral 2019 09:17
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Massaçusets ştatının senatoru, demokrat Elizabet Uorren rəsmi olaraq ABŞ-da 2020-ci ildə keçiriləcək prezidenti seçkilərində iştirak üçün namizədliyini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, xanım senator qərarını Lorens şəhərində mitinq zamanı açıqlayıb.

"Mən burada ABŞ prezidentliyinə namizəd olduğumu söyləmək üçün dayanmışam. Seçkilər həyatımız uğrunda, hər kəsin xəyalları gerçəkləşə biləcəyi Amerikanın konsolidasiyası uğrunda mübarizədir", - deyə Uorren bildirib.

Qeyd edək ki, Elizabet Uorren 2018-ci ilin noyabrında Massaçusets ştatından ikinci altı ilik müddətə senator seçilib. Demokrat 60 faizdən çox səs toplamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər