29 Avqust 2014 13:37
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl-Qaidə"nin nüfuzlu şəxslərindən olan Vail Həmzə Əbd Əl-Fəttah Julaidanın əmlakının müsadirə olunması qərara alınıb.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Türkiyənin “Rəsmi Qəzet”ində çap olunub. Yayılan məlumatlarda qərarın hazırki prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlı olduğu bildirilir.

Xatırladaq ki, 1958-ci ildə Mədinədə doğulmuş, 1988-ci ildə Usama Bin Laden və Abdullah Yusif Azzam ilə birlikdə "Əl-Qaidə"ni yaratmış V.Həmzə terror təşkilatının əhəmiyyətli adlarından və maliyyəçilərindən biri kimi tanınır.

Onun əmlakı Nazirlər Kabinetinin 30 Sentyabr 2013-ci il tarixində dərc olunan qərarı ilə dondurulub.

Samir


Müəllif:

Oxşar xəbərlər