29 Avqust 2014 13:58
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serj Sarkisyan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı rəsmi şəkildə İrəvana dəvət edib.

Ermənistan prezidenti Serj Sarkisyan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı rəsmi şəkildə İrəvana dəvət edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, and içmə mərasimindən sonra xarici işlər naziri Edvard Nalbandyanın Ərdoğanla çıxışda bir neçə dəqiqəlik ayaqüstə söhbəti olub. Nalbandyan Sarkisyanın dəvətini Ərdoğana çatdırıb.

Qeyd edək ki, 24 aprel 2015-ci ildə Ermənistan qqondarma erməni soyqırımının 100 illiyi qeyd olunacaq. Mərasimə bir sıra döblətlərin prezidentlərinin dəvəti nəzərdə tutulub.

Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədi 1993-cü ildən bağlıdır. Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, sərhədlər Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra açıla bilər.


Müəllif: