10 Fevral 2019 21:00
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Batman Petrolspor" - "Velimeşespor" maçını izləməyə gələn Xalq Demokrat Partiyasının (HDP) Batman bələdiyyəsinə namizədi Sabri Özdəmirin adı siyahıda olmadığı üçün saxlanılıb.

Teleqraf.com xəbər verir ki, 2016-cı ildə bələdiyyə sədri olmuş S.Özdəmir Antiterror Mərkəzi tərəfindən görəvindən alınmışdı. O, yenidən bələdiyyəyə namizədliyini sürüb.

"Batman Petrolspor" - "Velimeşespor" maçını bələdiyyəyə namizəd olaraq protokol əsasında izləmək istəyən S.Özdəmiri polislər içəri buraxmayıb. Asayiş keşikçilərilə mübahisə etdiyi üçün bələdiyyəyə namizəd saxlanılaraq bölməyə aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər