11 Fevral 2019 00:45
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jurnalist Camal Qaşıqçının öldürülməsi əmrini vəliəhd şahzadəsi Məhəmməd bin Salman verməyib”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl Cübeyr deyib:

“Camal Qaşıqçının ölümü böyük faciə idi. Bu səhv idi və öz səlahiyyətləri xaricində hərəkət edən səudiyyəli rəsmilər tərəfindən törədilmişdi. Vəliəhd şahzadənin bununla hər hansı əlaqəsi yoxdur”.

Qaşıqçının cəsədinin harda olması ilə bağlı suala cavab olaraq nazir bunu bilmədiyini deyib.
Nazir cəsədin yerini bilən qatillərin dindirildiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər