11 Fevral 2019 11:45
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Türkiyəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Sergey Şoyqunun səfəri Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti əsasında həyata keçiriləcək.

Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılanacaq Şoyqu Akarla görüşəcək.

Müzakirələrdə Soçidə keçiriləcək üçtərəfli zirvə görüşü öncəsi Suriyada baş verən proseslərin, o cümlədən İdlib başda olmaqla bölgədəki son durumun nəzərdən keçirilməsi gözlənilir.


Müəllif: Səxavət