11 Fevral 2019 13:14
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu həftə Almaniyanın Münhen şəhərində ənənəvi təhlükəsizlik konfransı keçiriləcək. Dünya iqtisadiyyatında Davos forumunun rolu nədirsə, dünya təhlükəsizlik məsələrinin müzakirəsində Münhen konfransı o qədər əhəmiyyətlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Almaniyada keçiriləcək təbdirə 500 qonaq dəvət olunub:

“Dünyanın diqqəti 3 gün Münhenə yönələcək. Rusiyanın siyasəti həmişəki kimi əsas müzakirə predmetlərindən biri olacaq. Başqa mövzular da var: Çinin artan imkanları, beynəlxalq terrorzimlə mübarizədə son durum, Transatlantik əməkdaşlığın perspektivi və s.

Münhendə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bir araya gələcəyi xəbəri də yayılıb. Bu görüşdən nəticə gözləməyə dəyməz.

Birincisi, ona görə ki, vasitəçi Rusiya xarici işlər naziri Sergey Lavrovdursa, məsələ aydındır, status-kvonun tərəfdarlarından biri məhz odur. Digər tərəfdən, son günlər müxtəlif mövzularda Azərbaycan XİN-lə Rusiya XİN-nin sözləri çəp gəlir.

İkincisi, Ermənistanın indiki hökuməti Dağlıq Qarabağ danışıqlarında yaxasını “gedin Qarabağ erməniləri ilə razılaşın” sözləri ilə kənara çəkir. Bu yanaşma ilə danışıqlarda uzağa getmək olmaz”.

Mənsur Rəğbətoğlu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər