Belarusda Minsk vilayətinin Stolbtsı şəhərində iki nəfərin ölmü ilə nəticələnən hadisə baş verib.
Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, şəhərin orta məktəblərinin birində şagirdi müəlliməsini və 3 məktəblini bıçaqlayıb.
Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müəllimə və şagirdlərdən biri aldığı bıçaq xəsarətlərindən ölüb.
Yaralı şagirdlər isə dərhal xəstəxanaya çatdırılıb.
Hadisəni törədən 2003-cü il təvəllüdlü məktəbli isə axtarışa verilib.
Qısa müddətdə polisin altı rayon üzrə həyata keçirdiyi "Sirena" əməliyyat planı nəticəsində şübhəli şəxs saxlanılıb.
Hazırda məktəbdə istintaq-əməliyyat qrupu işləyir.