11 Fevral 2019 16:51
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran hərbi gücünü artırmağa davam edəcək və raket proqramını inkişaf etdirəcək”.

Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün İran Prezidenti Həsən Ruhani Tehranda İslam İnqilabının 40 illiyi münasibətilə təşkil olunan mərasimdə qeyd edib.

“Biz hərbi qüdrətimizi artırmağa davam edəcəyik. 40 il və xüsusilə son beş il ərzində bu sahədəki imkanlarımız bütün dünyanı heyrətləndirir”, - deyə Ruhani bildirib.

O vurğulayıb ki, İran raket proqramını inkişaf etdirmək üçün icazə almağa ehtiyyacı yoxdur.

Prezidentin sözlərinə görə, bu gün İran raketlər, hərbi təyyarələr, döyüş gəmiləri və sualtı gəmilər, zirehli daşıyıcılar və s. yəni İran silahlı qüvvələrinə lazım olan hər şeyi istehsal edir.


Müəllif: Teleqraf.com