12 Fevral 2019 09:39
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu İrandan gələn “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” açıqlamasına reaksiya verib.

Baş nazir bu təhdidə elə təhdidlə cavab verib.

Netanyahu bildirib ki, İran buna cəhd edərsə, bu, onların qeyd etdiyi son inqilab bayramı ola bilər: “İrandan gələn təhdidləri gözardı etmirik. Qorxmuruq da. Əgər bu rejim (İran) Təl-Əviv və Hayfanı yox etməyi sınamaq xətası buraxarsa ki, bunu bacarmaz – bu, onların son bayramı ola bilər. Bunu da nəzərə almalıdırlar”.

Qeyd edək ki, İslam İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan Yadulla Cavani İRNA agentliyinə verdiyi açıqlamada “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” sözlərini demişdi.

Xatırladaq ki, İslam inqilabının 40-cı ildönümünü qeyd edən İran ABŞ-dan da İsrailə bənzər reaksiyanı görüb.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər