12 Fevral 2019 12:13
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hökuməti qoşunların təmas xəttindəki Silahlı Qüvvələrin döyüş qabiliyyətini gücləndirmək yerinə, Suriyaya hərbi missiya göndərir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi 2016-cı ilin aprel döyüşlərindəki məğlubiyyətdən sonra Azərbaycandan verilən bütün açıqlamaları ciddiyə almalıdır:

“Bu baxımdan, Paşinyanın “sülh bölgəsi”nin yaradılması fikirləri anlaşılmazdır.

Məlumdur ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı müzakirələrin əsas prinsipi, mübahisəli ərazilərdəki erməni birliklərinin çıxarılmasına yönəlikdir. Amma bu sual bəlli deyil ki, Paşinyan müzakirələri hansı istiqamətdə aparır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər