Nobel mükafatı laureatı Pol Kruqman 2019-cu ildə qlobal iqtisadiyyatda tənəzzül proqnozu verib.
Teleqraf.com xəbər verir ki, iqtisadçı bu il qlobal iqtisadiyyatda durğunluğun ciddi əlamətlərinin olduğunu açıqlayıb.
Onun sözlərinə görə, bu il və gələn ilin əvvəli üçün iqtisadiyyatda inkişafı əngəlləyən önəmli səbəblər var: “Hazırda böhrana səbəb verən ən mühüm yer Avropa bölgəsidir”.
Pol Kruqmanın fikrincə, iqtisadiyyatdakı zəifləməyə səmərəli cavab vermək üçün təsir mexanizmləri tapılmayıb.