12 Fevral 2019 13:39
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Radanın deputatı Vadim Rabinoviç hesab edir ki, “kütlük və axmaqlıq” Ukraynanın məhvinə aparır.

Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, Ukraynada ərzağın 70 faizinin qiyməti Böyük Britaniya və Almaniyadakından bahadır:

“Bu bizim maaşlarımızın on dəfə az olması ilə bağlıdır. Belə vəziyət ancaq məhvə məhkum edilmiş ölkədə mümkün ola bilər”.

Parlamentari qeyd edib ki, onun gözləri önündə böyük, qüdrətli ölkə məhv edilir: “Üç səbəbdən – axmaqlıq, kütlük və pis niyyətdən belə olur. Biz isə sizinlə necə öldürüldüyümüzü seyr edirik və susuruq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər