12 Fevral 15:36
378

Məşhur türk aktyor Ərdoğan Sıcak vəfat edib.

Teleqraf.com xəbər verir ki, bir müddətdir ağciyər xəstəliyindən əziyyət çəkən aktyor 79 yaşında xəstəxanada həyatını itirib.

Bu barədə Ərdoğanın qızı Tutam Sıcak sosial şəbəkə üzərindən məlumat verib.

Qeyd edək ki, bir çox filmlərdə rol almış ustad sənətkarın sözlərinə onlarla musiqilər bəstələnib.


Müəllif: Mənsur Rəğbətoğlu