12 Fevral 2019 15:43
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərini İranın futbol üzrə Super Liqasında təmsil edən “Traktor” klubu “Nəssaci” komandası ilə keçirilən görüş barədə bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda hakimlərin matçda Təbriz təmsilçisinə qarşı qərəzli qərarlar verdiyi bildirilib.

Qeyd edilib ki, Super Liqa yarışlarının 17-ci həftəsində keçirilən “Traktor”-“Nəssaci” oyunu hakimlərin kobud səhvləri ilə yadda qalıb. Bu, Azərbaycan klubunun 2 xal itirməsi ilə nəticələnib:

“Köməkçi hakim səhnəni yaxından izlədiyi halda, “Traktor”un haqqı olan penalti verilmədi. Halbuki köməkçi hakim bu haqsızlığa mane ola bilərdi. Bu, bütün cəhdlərini uğur əldə etməyə yönəldən bir komandanın zəhmətini yerə vurmaqdır.

Bu səbəbdən də insanlarda “Traktor”un çempion olmasına qarşı gizli işlərin görüldüyünə dair təsəvvür yaranır. “Traktor”a qarşı belə hallar çempionatın 11 və 14-cü mövsümlərində də baş verib və bu, klubun çempion olmasına mane olub”.

Qeyd edək ki, fevralın 10-da Qaimşəhrdə keçirilən “Nəssaci”-“Traktor” oyunu 1:1 hesabı ilə yekunklaşıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər