12 Fevral 2019 17:25
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın şimal-qərbində törədilmiş terror aktı nəticəsində dörd polis nəfəri həlak olub, daha üç qanun keşikçisi yaralanıb.

Teleqraf.com xəbər verir ki, insidentin baş verdiyi Mahra qəsəbəsinin polis rəisi Vaqa Xan bildirib ki, polisin küçədə xidmət apardığı vaxt terrorçular qanun keşikçilərinin avtomobilinə atəş açıblar. Xəstəxanaya çatdırılan yaralı polislərdən ikisinin vəziyyətinin çox ağır olduğu, ölənləri sayının artacağı bildirilir.

Qəsəbənin yerləşdiyi Dera İsmayıl Xan rayonu Xeyber Paxtunxva əyalətində yerləşir. Bu ərazidə son illər onlarla terror aktı törədilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər