13 Fevral 2019 11:38
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya polisi ölkədə internet üzərindən pis niyyətli kiber hücumların 2018-də artdığını bildirib.

Teleqraf.com xəbər verir ki, Yaponiya Milli Polis Agentliyinin apardığı analizlərə görə, 2018-ci ildə gündəlik 2752 şübhəli təsirlər təsbit edilib.

2017-ci ildə bu rəqəm 893 olub. Yapon polisi və analitiklər başa vurduğumuz ildə saxtakarlıq və icazəsiz girişlə əlaqəli 9046 kiber cinayət cəhdini müəyyən edib.

Mütəxəssislər şübhəli fəaliyyətdə istifadə edilən və internet əlaqəsi yaradan “Miral” adlı virus proqramı ilə bağlı kompüter istifadəçilərinə xəbərdarlıq edib.


Müəllif: Cavad

Oxşar xəbərlər