13 Fevral 2019 13:27
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın Port Harkourt şəhərində iqtidar partiyası APC-nin təşkil etdiyi mitinqdə izdiham səbəbindən 14 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, mitinqdə dövlət başçısı Məhəmməd Buxari də iştirak edib.

Şəhər xəstəxanasının nümayəndəsi deyib ki, izdiham samanı 14 nəfər ölüb, 3 nəfər isə yaralandığı üçün reanimasiya şöbəsinə çatdırılıb.

Qeyd edək ki, Nigeriyada 16 fevralda prezident seçkiləri keçiriləcək.

Əsas namizədlər indiki prezident Məhəmməd Buxari və Xalq Demokrat Partiyasının namizədi Atiku Abubakardır.

Nigeriyada 84 milyon seçici 120 min seçki məntəqəsində səs verəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər