ABŞ Dövlət Departamenti Ermənistanın Suriyaya hərbi missiya göndərməsi barədə bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, departament bəyanatda Ermənistan rəhbərliyinin bu addımını dəstəkləmədiyini bildirib.
Bəyanatda deyilir:
“Missiyanın mülki insanlara yardım məqsədi ilə göndərilib-göndərilməməsindən asılı olmayaraq, Suriya Silahlı Qüvvələri ilə hansısa formada işbirliyini dəstəkləmirik.
Eyni zamanda bu çərçivədə Ermənistan və Rusiya arasındakı işbirliyini də dəstəkləmirik. Çünki Rusiya silahsız insanları qətlə yetirən Əsəd rejimi ilə işbirliyi içindədir. Üstəgəl, bu dəstək indi də davam etdirilir”.