Avropa Birliyi Səudiyyə Ərəbistanı və İranı terrora dəstək verən ölkələr siyahısına daxil edib.
Teleqraf.com xəbər verir ki, Avropa Birliyi Səudiyyə Ərəbistanı və İran da daxil olmaqla 23 ölkə barədə çirkli pulların yuyulması və terrorçuluğun maliyyəşdirilməsində iştirak etdiklərini əsas gətirərək belə qərar çıxarıb.
Siyahıya Əfqanıstan, Virciniya və Baham adaları, Samoa, Botsvana, Şimali Koreya, Efiopiya, Qana, Guam, İran, İraq, Liviya, Nigeriya, Pakistan, Panama, Puerto Riko, Şri Lanka, Suriya, Trinidad və Tabaqo, Tunis, Yəmən daxil edilib.