NATO Türkiyəyə Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinə alternativ təklif edib.
Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, İtaliya və Fransa Ankaraya SAMP/T hava hücumundan müdafiə sistemlərini satmağa hazırdır.
Stoltenberq qeyd edib ki, hazırda Türkiyə ilə ABŞ arasında raket əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə bağlı danışıqlar aparılır.