14 Fevral 2019 12:02
1 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş amerikalı senator – demokratlar Bob Menendez, Ben Kardin, Cinn Şeyxin, respublikaçlar Lindsi Qrem və Kori Qardner fevralın 13-də Konqresə Rusiyaya qarşı yeni sanksiyaların şiddətləndirilməsi ilə bağlı qanun layihəsi təqdim ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

“Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi” (DASKA) adlanan qanun layihəsi 2018-ci ilin avqust ayında elan edilmiş Menendez-Qrem qanun layihəsinin daha sərt versiyasıdır.

Bu qanunvericilik təşəbbüsü “cəhənnəmdən gələn sanksiya” (Bill from hell) layihəsi adlanırdı. DASKA-nın yayın sonunda dərci Rusiya bazarında vahimə yaratmışdı: avqustda rubl 10 faizdən çox düşmüşdü.

DASKA-nın birinci versiyasında iki əsas təhlükə vardı: Rusiyanın yeni suveren borcuna qarşı sanksiyalar və Rusiya dövlət banklarının əməliyyatlarının bloklanması. İndi isə senatorlar daha da irəli gediblər. Onlar aşağıdakıları təklif edirlər:

Rusiyanın digər ölkələrdə demokratik institutları pozmaq cəhdlərini dəstəkləyən banklarına qarşı sanksiyalar;

Rusiya şirkətlərinin ölkənin sərhədlərindən kənarda həyata keçirdikləri sıxılmış təbii qaz (LNG) layihələrinə qarşı sanksiyalar (məsələn, “LUKOIL” Kamerunda LNG istehsalı üzrə layihə həyata keçirir);

Vladimir Putinin mənafeyi üçün qanunsuzluğa və ya korrupsiya hərəkətlərinə yol verən siyasətçilər, oliqarxlar və onların ailələrinə qarşı sanksiyalar.

Əvvəlki versiyada olduğu kimi, DASKA-2 versiyasında da Rusiyanın dövlət borcuna və kibernetik sektoruna sanksiyalar nəzərdə tutulub.

Bundan başqa layihədə Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı ayrıca bölmələr var. ABŞ Prezidentinə Senatının razılığı olmadan NATO-dan çıxmağı qadağan edən maddə də qanun layihəsində öz əksini tapıb.

Həmçinin, qanun layihəsində Vladimir Putinin sərvəti və aktivləri və Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı məruzələr var.


Müəllif: Səxavət

Oxşar xəbərlər