İranın Sistan və Bəlucistan əyalətində polislə naməlum şəxslər arasında silahlı qarşıdurma olub.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub.
Əlavə edək ki, fevralın 13-də axşam saatlarında Sistan-Bəlucistan əyalətində daha bir silahlı olay yaşanıb. “Sepah”ın sərhəd qüvvələrini daşıyan avtobusa qarşı silahlı hücum nəticəsində 27 “Sepah”çı həlak olub, 13-ü isə ağır yaralanıb.