Rusiyanın Ukraynaya qarşı təcavüzü artmaqda davam edir.
Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Polşa Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məlumatda deyilir ki, Rusiyanın bu hərəkətləri təcavüzkarlığın bir atributu kimi dəyərləndirilməlidir: “Biz rus qoşunlarının Donetsk vilayətinə hücumlarının şahidi olduq. Birləşmiş Millətlər Təşkilatı dərhal buna reaksiya verməlidir” .
XİN-dən əlavə ediblər ki, Polşa Ukraynanın şərqindəki münaqişənin siyasi həllini hər zaman müdafiə edəcək və beynəlxalq hüququn əsas prinsiplərinə hörmətlə yanaşmaq lazımdır.
Xatırladaq ki, Latviya BMT-ni bu hücumları təcavüz aktı kimi qiymətləndirməyə çağırıb. Estoniya bu mübarizədə Ukraynanın tərəfində olduğunu və ona yardım etməyə hazır olduğunu bildirib.
Samir