Rusiya prezidenti Vladimir Putin Soçidə prezidentlərin görüşündən sonra keçirilən mətbuat konfransında Moskva, Ankara və Tehranın ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı mövqeyini ifadə edib.
Teleqraf.com xəbər verir ki, Putinə görə, üç ölkə ABŞ qoşunlarının Suriyadan çıxarılacağına ümid edir və bu ərazilərin hökumət qoşunlarının nəzarətinə verilməsini yeganə doğru qərar hesab edir.
O həmçinin Rusiya, Türkiyə və İranın Suriyada konstitusiya komitəsinin yaradılması ilə bağlı səylərini qeyd edib. Putin bildirib ki, bu istiqamətdə aparılan müzakirələrin nəticəsi yaxın vaxtlarda açıqlanacaq.