15 Fevral 2019 13:10
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyətinin maya qədər Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın istefasına nail olacağı mümkündür.

Teleqraf.com xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Qarabağda “parlament və prezident seçkiləri” növbəti ilin martına planlaşdırılıb: “Əgər növbədənkənar “prezident seçkiləri” təşkil edilərsə, onda yeni seçilmiş “rəhbər” növbəti ildə özü üçün rahat “parlament” formalaşdıra biləcək”.

Qeyd edək ki, uzun zamandır ekspertlər Ermənistanın Baş naziri Nikol Paşinyanın Bako Saakyandan qurtulmaq istədiyinə dair fikirlər səsləndirir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər