29 Avqust 2014 17:53
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda daha 4 azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb, ancaq onlardan biri yenidən həbsxanaya göndərilib.

Teleqraf.com -un HRAZ-a istinadən məlumatına görə, Rəhim Qulami, Meysəm Culani, Həsən Culani və Cəfər Rüstəmi Radın hər biri 10 milyon tümən mülk girovu qarşılığında bu gün günortadan sonra Meşkinşəhr (Xiyov) şəhərinin həbsxanasından sərbəst müvəqqəti olaraq buraxılıblar. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Ərdəbil şöbəsində C.Rüstəmi Radla bağlı əlavə iş açıldığından azərbaycanlı fəal Ərdəbil şəhərinin həbsxanasına göndərilib. C.Rüstəmi Rad sərbəstliyinə qovuşmaq üçün əlavə zəmanət təqdim etməlidir.

Qeyd edək ki, ETTELAAT əməkdaşları avqustun 14-də hər il keçirilən Savalan mərasimində iştirak etmək məqsədilə həmin dağa doğru hərəkət edən bir neçə azərbaycanlı fəalı nəzarət altına alıb. Bunlar Rəhim Qulami, Aydın Zakiri, Meysəm Culani, Cəfər Rustəmi Rad, Səid Hüseyni, Həmid Qüvvəti, Həbib Nigəhban, İsa Əzizi, Həsən Culani və Rza Qumidir. Bundan əvvəl H.Qüvvəti, İ.Əzizi və R.Qumi 10 milyon tümən zəmanətlə müvəqqəti olaraq azadlığa buraxılıb.


Müəllif:

Oxşar xəbərlər