Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə hokkey oynayacaq.
Teleqraf.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, liderlər arasında ünsiyyət müxtəlif formatlarda davam edəcək:
“Biz hətta günün ikinci yarısında onların birlikdə hokkey oynamaq barədə qərar verəcəklərini istisna etmirik”, – deyə Dmitri Peskov bildirib.
V.Putinlə A.Lukaşenko əvvəlcə “Siriusu” mərkəzinə baş çəkəcəklər. Onlar mərkəzdə iki ölkənin mədəniyyət, təhsil, idman nazirlərinin məruzələrini dinləyəcək, yeni layihələrlə tanış olacaqlar.