İsveçin Telia Sonera Telekommunikasiya Şirkətinin Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovaya rüşvət verməkdə ittiham olunan sabiq direktoru və iki pop-menenceri Stokholm məhkəməsində bəraət alıb.
Teleqraf.com xəbər verir ki, şirkətin sabiq direktoru Lars Nüberq, Avrasiya bazarı üzrə məsul Türo Kivissari və şirkətin hüquqşünaslarından biri 2007-ci ildən 2010-cu ilədək Gülnara Kərimovaya 300 milyon avro rüşvət verməkdə ittiham olunurdular.
Məhkəmənin nümayəndəsi bildirib ki, ittiham olunanlar bütün maddələr üzrə təqsirsiz biliniblər.