ABŞ Konqresinin üzvü Bred Şerman Donald Tram administrasiyasını qondarma erməni soyqırımı tanımağa çağırıb.
Teleqraf.com xəbər verir ki, Şerman Venesuela böhranına qarşı Türkiyənin yürütdüyü siyasətə toxunaraq, Türkiyənin ABŞ-ın dostu olmadığını bildirib.
Amerika prezidentinin Venesueladakı xüsusi nümayəndəsi Elliot Abramsa müraciət edən konqresmen deyib:
“Türkiyənin bizim dostumuz olduğunu, buna görə də “erməni soyqırımı”na göz yummaq lazım olduğunu deyirdilər. Bəs siz indi Amerika hökumətinə Türkiyənin bizim dostumuz olmadığını başa sala bilərsiniz?”