16 Fevral 2019 14:47
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ikinci prezidenti Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov və baş nazirin sabiq müavini Armen Gevorqyana qarşı açılmış cinayət işinin istintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ermənistanın Xüsusi Tədqiqat Xidmətindən verilən məlumata görə, istintaq zamanı əldə edilən sübutlar iddianamə hazırlamaq və işi məhkəməyə göndərmək üçün kifayətdir.

Robert Köçaryan, Seyran Ohanyan və Yuri Xaçaturov Konstitusiya qaydalarını pozmaqda ittiham olunurlar.

Armen Gevorqyan isə vəzifə səlahiyyətlərindən istifadə etməklə rüşvət alma, çirkli pulların yuyulması, Konstitusiya qaydalarını pozmaq və 2008-ci il martın 1-də İrəvanda baş vermiş qırğınlarda məhkəmənin işinə mane olmaqda ittiham edilir.

Onlardan yalnız Robert Köçəryan həbs edilib. O, 2008-ci il martın 1-də İrəvanda hakimiyyət əleyhinə keçirilmiş dinc aksiyalarda iştirak edən insanlara qarşı odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham edilir.

Qeyd edək ki, adı çəkilən şəxslərin Xocalıda azərbaycanlılara qarşı aparılan və dəhşətli soyqırımla nəticələnən hərbi əməliyyatlarda iştirakı danılmazdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər