16 Fevral 2019 15:12
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əli Cəfəri Sistan və Bəlucistan bölgələrində baş verən terror aktlarından sonra Pakistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanını ittiham edib.

Teleqraf.com xəbər verir ki, Cəfəri hər iki ölkəni terrorizmlə mübarizədə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıb.

Pakistan hökumətindən İranla sərhəd bölgələrində təhlükəsizliyi təmin etməyi tələb edən SEPAH komandanı qeyd edib ki, rəsmi İslamabad İranı hədəf alan terrorçuların harada gizləndiyini bilir:

“Onlar Pakistan təhlükəsizlik qüvvələri tərəfindən mühafizə olunurlar. Əgər Pakistan terrorizmlə mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, İran xarici xüsusi xidmət orqanlarının planlarını icra edən terrorçuları özü cəzalandıracaq”.

Səudiyyə Ərəbistanı və BƏƏ-nin ABŞ və İsrailin təlimatı ilə terrorçuları dəstəklədiyini vurğulayan SEPAH komandanı Səudiyyə Ərəbistanına cavablarının fərqli olacağını da diqqətə çatdırıb.

Qeyd edək ki, İranın Pakistanla sərhədlərdə yerləşən Sistan və Bəlucistan bölgələrində baş vermiş son terror aktlarında 30-a yaxın insan həlak olub. Hücumların məsuliyyətini “Ceyşül Ədl” adlı qruplaşma öz üzərinə götürüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər