Avropa İttifaqı ölkələri Kerç boğazında baş vermiş insidentlə bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransı zamanı jurnalistlərə Avstriyanın xarici işlər naziri Karin Knaysl məlumat verib.
Xanım nazir gələcək məhdudlaşdırıcı tədbirlərin nədən ibarət olduğunu açıqlamayıb: “Artıq müvafiq səviyyədə qərar qəbul edilib”.
“Financial Times” qəzetinin xəbərinə görə sanksiyalar Kerç boğazında Ukraynaya məxsus gəminin həbs edilməsində iştirak edən fiziki və hüquqi şəxslərə yönəldiləcək.
“Bloomberg”in məlumatına görə isə “qara siyahı”ya orta səviyyəli 6-7 nəfər salına bilər.
Qeyd edək ki, “Kerç böhranı” 25 noyabr 2018-ci ildə baş verib.