Amerikalı senator, Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş Berni Sanders yenidən ABŞ prezidenti postu uğrunda mübarizə aparmaq niyyətindədir.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Sandersin komandası artıq o, qalib gələcəyi təqdirdə hakimiyyətdə yer alacaq şəxsləri müəyyən etmək üçün müsahibələr aparır. Politico nəşrinin yazdığına görə, Sanders hazırladığı videoçarxda 2020-ci ildə prezident seçkilərinə qatılmaq niyyətini bəyan edib. Lakin adı çəkilən nəşr bu videonun nə vaxt yayılacağını dəqiqləşdirə bilməyib.