Kubada yanvarda baş verən tornado nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Daha öncə 6 nəfərin öldüyü bildirilirdi.
Teleqraf.com-un məlumatına görə, 41 yaşlı qadın dünyasını dəyişib. Qadın tornado zamanı bir neçə zədə almışdı və iki əməliyyat keçirmişdi. Buna baxmayaraq o, fevralın 14-ü dünyasını dəyişib.
Xatırladaq ki, yanvarın sonunda Kubanın paytaxtı Havanada tornado baş verib, nəticədə 200-ə yaxın insan xəsarət alıb. Hadisə nəticəsində 1200-dən çox bina qismən və yaxud tam olaraq dağılıb.